Salyanda bıçaqlanma hadisəsi baş verib. 19 yaşlı gənc naməlum şəxs və şəxlər tərəfindən bıçaqlanıb.
Salyan rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Salyan mərkəzi avtovağzalı yaxınlığında baş verən hadisə zamanı rayonun Yuxarı Noxudlu kəndsakini, 1996-cı il təvəllüdlü İsmət Fikrət oğlu Məhəmmədzadə bıçaqlanıb.
Yaralını dərhal xəstəxanaya çatdırıblar. Döş qəfəsindən daxilə nüfuz edən bıçaq yarası alan 19 yaşlı gəncin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Hazırda vəziyyəti ağırdır.
İsmət Məmmədzadə polisə ilkin ifadəsi zamanı hadisə baş verən zaman toydan çıxdığını, qaranlıq olduğu üçün ona xəsarət yetirən şəxs və ya şəxsləri görmədiyini deyib.
Faktla bağlı Salyan rayon Polis İdarəsində cinayət işi açılıb, hadisəni törədən şəxslərin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.
İki gün əvvəl də Gəncədə bıçaqlanma faktı baş vermişdi. Gəncə şəhər Mahrasa bağı, bina 12, evə 23 ünvanında yaşayan 1977-ci il təvəllüdlü Samir Osman oğlu Osmanov Gəncə şəhəri Nizami rayonu ərazisində naməlum şəxs və ya şəxslər tərəfindən döş qəfəsindən bıçaqlanmışdı.
Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə gətirilmiş, onun üzərində cərrahiyyə əməliyyatı aparılmışdı. /ANS PRESS
7news.az








