RU
Toydan qaçırılan general da tutuldu
18:00
1295

Toydan qaçırılan general da tutuldu

Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı aparılan istintaq çərçivəsində iki general saxlanılıb.

7News.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, öncə ordu generalı Mehmet Şanverdi saxlanılıb.

Məlumat üçün bildirək ki, ordu generalı Mehmet Şanverdi İstanbulda toy zamanı Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Abidin Ünalla birlikdə qiyamçılar tərəfindən helikopterlə qaçırılmış, daha sonra isə azad edilmişdi. 

Bundan başqa general-mayor Atilla Darendeli də saxlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ