RU
Toydan qayıdan futbolçu qəzaya düşdü, öldü
11:35
661

Toydan qayıdan futbolçu qəzaya düşdü, öldü

Türkiyənin "Amedspor" klubunun futbolçusu Şahmus Özer avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

36 yaşlı futbolçu sükan arxasında olarkən idarəetməni itirərək dərəyə yuvarlanıb.

Hadisə futbolçunun Malatyada qatıldığı toydan Mardinə qayıdarkən baş verib.
Qeyd edək ki, 2014-cü ildən "Amedspor" forması geyinən Şehmuz Özer karyerası ərzində "Malatyaspor", "Kayserispor", "Gümüşhanespor", "Mardinspor", "Karşıyaka", "Altay", "Mersin İdmanyurdu", "Akhisar" və "Şanlıurfaspor" klublarında çıxış edib.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ