RU
Toydan qayıdanlar qəzaya düşdülər: 4 yaralı
10:40
787

Toydan qayıdanlar qəzaya düşdülər: 4 yaralı

Gecə saatlarında Quba-Xaçmaz yolunun 13-cü kilometrliyində, Qubanın Zərdabi kəndi ərazisində ağır yol qəzası baş verib.

Qəza toydan qayıdan "Ford" markalı "40 BL 392" dövlət qeydiyyat nişanlı sərnişin mikroavtobusu ilə "KİA" markalı "90 TB 530" dövlət qeydiyyat nişanlı minik avtomobilinin toqquşması nəticəsində baş verib.
Hadisə nəticəsində 4 nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır. Yaralılardan üçü mikroavtobusda, 1 nəfər isə "KİA"da olub.
Zərərçəkənlər Quba Mərkəzi Rayon Xəstəxanasına aparılıb./milli

7news.az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ