Bakıdan toydan qayıdan Lerik sakinləri mikroavtobusla Masallıda qəzaya düşüblər.
7news.Az APA-ya istnadən xəbər verir ki, hadisə yeni salınan Ələt-Astara-İran yolunun Masallı rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində Lerik rayon Ambu kənd sakinləri, 1972-ci il təvəllüdlü Xumar Məhərrəmova, 1963-cü il təvəllüdlü Nazilə Hüseynova və 1965-ci il təvəllüdlü Zərifə Dövlətova. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
İlkin məlumata görə, "QAZel” markalı mikroavtobus yeni tikilən yolda maneəyə çırpılıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
7news.Az








