İmişlidə toy şənliyindən çıxıb evə gedən gənclər qəzaya məruz qalıb. Hadisə zamanı 2 nəfər dünyasını dəyişib, 4 nəfər xəsarət alıb.
Qəza ötən gün Hacıqabul-Horadiz yolunun 98-ci kmdə İmişli rayonu Xubyarlı kəndi ərazsində qeydə alınıb. Belə ki, İmişli rayon Aranlı kənd sakini Hüseynov Həsən Rasim oğlunun idarə etdiyi “Vaz – 21011” qarşı tərəfdən gələn Muradov Qeyrət İxtiyar oğlunun sükan arxasında olduğu “Mersedes” markalı avtomobillə toqquşub. Qəza zamanı “Vaz-21011”də olan sərnişin 1983-cü il təvəllüdlü Abayev Əlizamin Təbiət oğlu hadisə yerində dünyasını dəyişib.
Müxtəlif dərəcəli xəsarət alan hər iki avtomobilin sürücüsü və “Vaz-21011”də sərnişinlər - Aranlı sakinləri 1990-cı il təvəllüdlü İbayev Sahil Vəlixan oğlu, 1992-ci təvəllüdlü Babaşov Elnur Məhərrəm oğlu, “Mersedes”in sərnişini olan Qızılkənd sakini – 1956-cı il təvəllüdlü Bayramova Göyçək Bayram qızı İmişli rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Yaralılara ilkin tibbi yardım göstərilib, ağır bədən xəsarəti alan “Vaz – 21011”in sürücüsü Hüseynov Həsənin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır./atv
7news.az








