RU
Toylarda yemək verilməyəcək – Yeni qayda
10:40
380

Toylarda yemək verilməyəcək – Yeni qayda

Türkiyənin 14 əyalətində koronavirusa yoluxma sayında artım səbəbindən sabahdan etibarən yenidən məhdudiyyətlər tətbiq olunacaq.

 

7News.Az xəbər verir ki, Daxili İşlər nazirliyinin yeni qərarına əsasən Adana, Ankara, Ağrı, Bursa, Çorum, Diyarbakır, Erzurum, Gaziantep, Kayseri, Konya, Mardin, Şanlıurfa, Van və Yozqatda toy, xına, nişan mərasimləri 1 saatdan artıq keçirilməyəcək. Toy və nikah zamanı yemək verilməyəcək, rəqslər qadağan olunacaq.

Bəylə gəlinin birinci dərəcəli qohumları istisna olmaqla 65 yaş və ondan yuxarı, eləcə də 15 yaşdan aşağı şəxslərin toylara gəlişi qadağandır. Məclislərdə maska və sosial məsafə qaydalarına əməl olunmalıdır.  

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ