RU
Toylarla bağlı nöqsana görə işdən çıxarılan rəis müavininin yerinə TƏYİNAT
11:00
109

Toylarla bağlı nöqsana görə işdən çıxarılan rəis müavininin yerinə TƏYİNAT

Qazax Rayon Polis Şöbəsinə yeni müavin təyin olunub. 

Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, polis mayoru Rəşad Abdullayev Qazax RPŞ-nin əməliyyat üzrə rəis müavini təyin olunub. 

Bundan əvvəl o, Gəncə Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi vəzifəsində işləyib.

Qeyd edək ki, bir müddət əvvəl Qazax RPŞ-nin əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Tahir Orucov xidmətdə buraxdığı nöqsanlara görə daxili işlər orqanları sıralarından xaric edilib.

Onun vəzifədən çıxarılmasına səbəb toylarda karantin rejimi qaydalarının pozulmasına göz yumması olub. 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ