RU
TQDK Apellyasiya Komissiyası
10:21
1234

TQDK Apellyasiya Komissiyası

Şəxsiyyəti təsdiq edən sənədin əsli təqdim edilməlidir.

İyulun 15-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən I və IV ixtisas qrupları üzrə cari ilin məzunları üçün keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb.  

TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. 

Abituriyentlər Apellyasiya Komissiyasına iyulun 18-də saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər./apa

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ