"Qazişehir Qaziantep” klubunun qapıçısı Yuri Lodıqin "Trabzonspor”a qarşı oyunda kobud səhvə yol verib.
Epizodun videosunu idman şərhçisi Elvin Kərimov "Twitter” səhifəsində yayımlayıb.
Oyunun 14-cü dəqiqəsində "Trabzonspor”un norveçli hücumçusu Aleksander Sörlot ötürmə alaraq Lodıqinlə üzbəüz qalıb. Qapıçı gözlənilmədən tullanaraq topdan yan keçib və Sörlot boş qapıya qol vurub.
Oyun "Trabzonspor”un 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundan sonra azarkeşlər qapıçının hərəkətini qülüş atəşinə tutublar.
7News.Az









