RU
TRACECA ilə Azərbaycandan daşınan tranzit yüklərin həcmi AÇIQLANIB
22:10
725

TRACECA ilə Azərbaycandan daşınan tranzit yüklərin həcmi AÇIQLANIB

2021-ci ilin yanvar-may aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 17 024 800 ton olub.

7NEWS.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, daşınan yüklərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz azalıb.

 

Yüklərin 9 501 600 tonu və ya 55,8 faizi avtomobil nəqliyyatı (illik müqayisədə 15,3 faiz az), 5 568 600 tonu və ya 32,7 faizi dəmir yolu nəqliyyatı (illik müqayisədə 2,2 faiz çox), 1 954 600 tonu və ya 11,5 faizi dəniz nəqliyyatı ilə (illik müqayisədə 9,5 faiz az) daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 23,4 faizini və ya 3 980 900 tonunu tranzit yüklər (illik müqayisədə 8,2 faiz çox) təşkil edib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ