RU
TRACECA-nın Azərbaycan hissəsindən daşınan yüklərin həcmi azalıb
08:36
656

TRACECA-nın Azərbaycan hissəsindən daşınan yüklərin həcmi azalıb

2020-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nәqliyyat dәhlizinin (TRACECA) Azәrbaycan hissәsindә daşınmış yüklәrin hәcmi 29 milyon 865,6 min ton olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 22,9 faiz az olub.

Iqtisadi.Az-ın Dövlət Statistika Komitəsindən əldə edilən məlumata əsasən, yüklәrin 16 milyon 621,7 min tonu və ya 55,7 faizi avtomobil nəqliyyatı, 9 milyon 532,7 min tonu və ya 31,9 faizi dəmir yolu nəqliyyatı, 3 milyon 711,2 min tonu və ya 12,4 faizi dəniz nəqliyyatı ilə daşınıb.

 

Dәhliz vasitәsilә daşınmış yüklәrin 20,4 faizini və ya 6 milyon 95,3 min tonunu tranzit yüklər təşkil edib.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ