Fevralın 28-də saat 9 radələrində Sabirabad rayonunun Moranlı kəndində rayon sakini Elnur Hüseynov idarə etdiyi "T-28” markalı traktorla yolu keçən həmyerlisi, 6 yaşlı Cəmil Əsədlini vurub.
7News.az DİN-ə istinadən xəbər verir ki, nəticədə uşaq hadisə yerində ölüb.
Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.








