RU
Traktor yol kənarına aşdı
23:33
592

Traktor yol kənarına aşdı

Kürdəmir rayonunda qəza baş verib.

7news.az FHN-ə istinadən xəbər verir ki, Sor Sor kəndində vətəndaşa məxsus “K-700” markalı traktor idarəetməni itirərək yol kənarına aşıb və sürücü nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq sürücünü xilas edib və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 21:31-də başa çatıb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ