ABŞ prezidenti Donald Trampın xanımı Melaniya Tramp geyimi ilə yenidən medianın gündəminə çevrilib.
O, palıd əkmək üçün "Christian Louboutin”dən dikdaban ayaqqabı, "Valentino”dan isə 4 min dollarlıq güllü ətək geyinib.
Bildirilir ki, ayaqqabının hündür dabanları torpağa bataraq diskomfort yaradıb. Tramp bu ayaqqabılar üzərində 3 dəqiqədən artıq qala bilməyib, foto çəkilişdən sonra o, dərhal kölgəlik əraziyə keçib.
Çəkilişdən fotolar sosial mediada yayılıb. Sosial şəbəkə istifadəçiləri Melaniyanın ağac əkmək üçün seçdiyi imici "uğursuz seçim” adlandırıblar.



7News.Az








