ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp öz administrasiyasının əsas götürəcək iki qaydanı açıqlayıb — "ABŞ isthsalı olan malı al” və "amerikalıları işə götür”.
7news.Az-ın məlumatına görə, siyasətçi bu barədə cümə axşamı, dekabrın 29-da, öz Instagram səhifəsində yazıb.
Qeyd edək ki, Konqresin keçmiş spikeri Nyut Qinqriç dekabrın 26-da bəyan edib ki, Amerikanın yeni lideri inaqurasiya mərasimindən sonra prezident Barak Obamanın imzaladığı fərmanların 70 faizini ləğv edə bilər.
7news.Az








