RU
Tramp Afrikada yeni dövlət adı uydurdu
20:00
450

Tramp Afrikada yeni dövlət adı uydurdu

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının iclasında Afrika ölkələrinin liderləri ilə görüş keçirib.

Tramp çıxışında mövcud olmayan Nambiya dövlətindən danışıb.

ABŞ lideri Afrika ölkələrində səhiyyənin vəziyyəti barədə deyib: "Qvineya və Nigeriyada dəhşətli Ebola virusu ilə mübarizə apardınız Nambiyanın səhiyyə sistemi getdikcə özü üçün yetərli olmağa başlayıb".

Çox güman ki, ABŞ prezidenti ya Namibiyanı, ya da Qambiyanı nəzərdə tutub.

Qeyd edək ki, bu, ABŞ prezidentinin ilk səhvi deyil. 2016-cı ildə prezident seçkiləri kampaniyasında Tanzaniya sözündə vurğudan düzgün istifadə etməmişdi./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ