ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp və ailəsinin mühafizəsi Nyu-York büdcəsinə gündəlik 1 milyon dollardan çox vəsaitə başa gəlir.
Prezidentin inauqurasiya mərasimi baş tutduqdan sonra isə bu məbləğin daha da artacağı gözlənilir.
Qeyd edək ki, daha əvvəl yayılan məlumatda ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp və on yaşlı oğlu Berron andiçmə mərasimindən sonra Ağ Evə köçməyəcəyi bildirilirdi.
O, həyat yoldaşının oğlu Berronun təhsili başa çatdıqdan sonra Ağ Evə köçəcəyini qeyd edib.
Hazırda Tramp ailəsi Nyu Yorkdakı "Trump Tower" göydələnində yerləşən penthausda yaşayır.
Qeyd edək ki, ABŞ prezidenti seçilən Donald Trampın and içmə mərasimi gələn il yanvarın 20-də Vaşinqtonda keçiriləcək.








