ABŞ-da Ali Məhkəmənin hakimi Antonin Skaliya vəfat edib
Hakimin vəfatından sonra ABŞ prezidenti Donald Tramp Ali Məhkəməyə mühafizəkar Neyl Qorsaçı namizəd kimi göstərib.
Neyl Qorsaç Kolorado Ali Məhkəməsinin hakimi vəzifəsini tutur.
Tramp bu barədə Ağ Evdə açıqlama verib. Açıqlamada deyilir: "Qorsaç ABŞ qanunlarını ən yaxşı formada tətbiq edə biləcək insandır. Onun mükəmməl zəkaya, nizam-intizama, ali təhsilə sahib olduğunu deyə bilərəm".
Neyl isə namizədliyi qəbul edərək, şərəf duyduğunu bildirib: "Bitərəf və müstəqil olmaqla yanaşı hakim cəsarətli olmalıdır".
Trampın namizədi müəyyən dairələrin etirazına səbəb olub./olke.az
7news.Az








