ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Amerika xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşüb.
Görüş vaxtı Trampa Rusiyanın seçkilərə müdaxiləsini sübut edən məxfi hesabat təqdim edilməli idi.
Tramp görüşü konstruktiv adlandırıb və Rusiyanın ünvanına səslənən çoxsaylı ittihamları şərh edib. Onun sözlərinə görə, hakerlər seçkilərə heç bir təsir etməyiblər. Donald qeyd edib ki, Rusiya, Çin və digər dövlətlər, eyni zamanda təşkilatlar və müxtəlif şəxslər müntəzəm olaraq ABŞ kiber müdafiə qalxanını qırmaq istəyirlər. Amma seçkilərin gedişatına heç bir təsir göstərilməyib. Eyni zamanda səsləri sayan maşına da heç bir hücum edilməyib.
Tramp prezident kimi fəaliyyətə başlayanda haker hücumlarına qarşı xüsusi qrup formalaşdıracağını bildirib./olke.az
7news.Az








