"Cozef Bayden Ukrayna ilə bağlı münaqişənin sona çatmasına kömək edə bilməyəcək”.
Bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp bəyan edib.
Tramp bildirib ki, Amerika Birləşmiş Ştatları Ukrayna münaqişəsinə böyük ölçüdə cəlb edilib və prezidentin işi ölkəni oradan çıxarmaqdır: "Lakin Bayden çimərlikdə şəkil çəkdirməyə üstünlük verir”.
Trampın özü münaqişəni dərhal bitirəcəyini və çox asanlıqla dayandıracağını vəd edib.








