ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikası (KXDR) barəsində səbr göstərməyə hazırdır.
7News.Az xəbər verir ki, bu haqda prezidentin özü "Blomberg” agentliyinə müsahibəsində bildirib.
"Məndə dünyada istənilən başqa insandan daha çox səbr var. Mən Pxenyanla bağlı da səbr göstərməyə hazıram”, - o deyib.
Prezident həmçinin qeyd etdi ki, əvvəlki kimi, KXDR-in lideri Kim Çen Inla yaxşı münasibətlər saxlayır. O növbəti dəfə bildirib ki, Pxenyan Sinqapurda keçirilən sammitdən sonra nüvə və raket sınaqları keçirməyib. Bundan başqa, Tramp xatırladıb ki, KXDR həbsdə olan Amerika vətəndaşlarını azad edib.
Qeyd edək ki, iki gün əvvəl ABŞ prezident administrasiyasındakı mənbələrə istinadən "Vaşinqton Post” qəzetinin yazdığına görə, ABŞ prezidenti KXDR-in Əmək Partiyasının Vahid cəbhə şöbəsinin rəisi Kim Yon Çxol tərəfindən ona yazılan məktubdan sonra dövlət katibi Maykl Pompeonun KXDR-ə səfərini təxirə salmaq qərarına gəlib. Prezidentin sözlərinə görə, Vaşinqton Koreya yarımadasının denuklearizasiyası prosesində kifayət qədər irəliləyiş görmür.
Nəşrin həmsöhbətlərinin məlumatlarına görə, Trampın Pompeoya verdiyi məktub "aqressiv tərzdə” yazılmışdı. Məktubun məzmunu açıqlanmayıb.
Xatırladaq ki, ABŞ və KXDR liderləri arasında görüş iyunun 12-də Sinqapurda baş tutub. Tramp və Kim Çen In danışıqların nəticəsinə görə birgə sənədi imzalayıblar. Sənədə əsasən, Pxenyan Koreya yarımadasının tam denuklearizasiyasına hazır olduğunu bəyan edib, ABŞ isə Şimali Koreyaya təhlükəsizlik zəmanətini verməyi öhdəsinə götürüb.
Tramp özü ötən həftə "Röyters” agentliyinə müsahibəsində bildirmişdi ki, KXDR lideri ilə yenidən görüşmək niyyətindədir.
7News.Az








