ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədini irəli sürüb.
Ağ evin rəsmi saytı xəbər verir ki, bu vəzifəyə Erl Litzenberqin (Earl D. Litzenberger) namizədliyi irəli sürülüb.
Qeyd edək ki, o, daha əvvəl ABŞ-ın Serbiya və Qırğızıstanda diplomatik nümayəndəliklərində müxtəlif vəzifələr tutub.
E.Litzenberq fransız, rus, serb və bolqar dillərində danışır. /report
7News.Az








