RU
Tramp çıxış zamanı Klintonu parodiya elədi - VİDEO
13:58
606

Tramp çıxış zamanı Klintonu parodiya elədi - VİDEO

ABŞ-da  prezident kürsüsü uğrunda mübarizədə əsas favoritlərdən olan respublikaçı Donald Tramp öz tərəfdarları qarşısında çıxışı zamanı Hillari Klintonun parodiyasını çıxarıb.
 

- Bu qadın müxtəlif şeylərlə mübarizə aparmalıdır, ancaq öz maşınına tərəf heç 15 fut da gedə bilmir, - deyən Tramp yellənib və tribunadan indi yıxılacaqmış kimi özünü göstərib.
 
Onun tərəfdarları alqışlarla və möhkəm qəhqəhələrlə  Trampın zarafatını dəstəkləyib.
 
Qeyd edək ki, Nyu-Yorkda 11 sentyabr hadisələrinin ildönümü ilə bağlı  mərasimdə Hillari Klintonun halı pisləşib. Onu dərhal mərasimdən aparırlar. Sonra ona pnevmaniya diaqnozu qoyulur./faktxeber.com
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ