7NEWS.az xəbər verir ki, Həmas İsrailin atəşkəsə əməl etmədiyini əsas gətirərək şənbə günkü mübadiləni qeyri-müəyyən müddətə təxirə salıb. İsrailin müdafiə naziri Katz HƏMAS-ın qərarının atəşkəs rejiminin pozulması olduğunu iddia edib və orduya hazırlıq vəziyyətində olmağı əmr edib. Vasitəçilər atəşkəs razılaşmasının dağılacağından qorxurlar. ABŞ prezidenti Donald Tramp bildirib ki, şənbə günü günortaya qədər Qəzzada bütün girovlar azad edilməsə, atəşkəs ləğv edilməlidir. Tramp "O zaman cəhənnəm qopar” şərhini verib və qərarın İsrailə aid olduğunu bildirib.








