RU
Tramp gələcək administrasiyasına ilk təyinatları edib
22:45
478

Tramp gələcək administrasiyasına ilk təyinatları edib

Donald Tramp gələcək administrasiyasının əsas fiqurlarının adlarını açıqlayıb. Ağ ev əməkdaşlarının aparatına Respublika Partiyasının milli komitəsinin hazırkı başçısı Rayns Pribus rəhbərlik edəcək.

7news.Az AzərTac-a istinadən xəbər verir ki, aparıcı partiya fəalının vacib posta təyinatı Trampı onu dəstəkləməkdən imtina edən respublikaçıların elitası ilə barışdıra bilər.

Ağ evin əsas siyası strateqi və prezidentin müşaviri postunu isə Trampın seçkiqabağı qərargahının rəhbəri, "Breitbart News” mühafizəkar informasiya saytının banisi, həmçinin bir çox respublikaçı funksionerləri həddən artıq "sol” siyasətə görə tənqid edən Stiv Bennon tutacaq.

 

7news.AZ

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ