RU
`Tramp haqqında deyilənlər yalandır`- Ağalarov
12:11
849

`Tramp haqqında deyilənlər yalandır`- Ağalarov

Moskvada ABŞ prezidentliyinə namizəd Donald Trampla birgə "Miss kainat – 2013” müsabiqəsini təşkil edən "Crocus Group” şirkətlər qrupunun rəhbəri Araz Ağalarov onu ünsiyyətdə xoş, sevimli kimi təqdim edib.


Bu barədə Rusiya KİV-nə istinadən xəbər verir. 

"Tramp olduqca sevimli, ünsiyyətdə olduqca xoş biridir. Onun haqqında deyilənlərin hamısı yalandır, təhrif olunur. Hətta mənim "Washington Post”-a verdiyim müsahibəni də təhrif etmişdilər”, - deyə Ağalarov bəyan edib. 

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də baş tutacaq. Prezident postu uğrunda Donald Trampla Hilari Klinton mübarizə aparacaq. 

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ