RU
Tramp hədələdi, TikTok-un direktoru istefa verdi
14:40
308

Tramp hədələdi, TikTok-un direktoru istefa verdi

TikTok-un icraçı direktoru Kevin Mayer vəzifəsindən istefa verib.

 

7News.Az xəbər verir ki, o, bu barədə açıqlamanı Donald Trampın sözügedən tətbiqi ABŞ-da satdırma qərarından sonra verib.

TikTok sözçüsü tərəfindən verilən açıqlamada isə Mayerin qərarına hörmət edildiyi bildirilib.

Hazırda dünya ictimaiyyəti insanların şəxsi məlumatlarını Çin hökumətinə ötürməklə ittiham olunan TikTok-un fərqli ölkələrdə milliləşdirilməsini və ya tətbiqin tamamilə qadağan edilməsi məsələsini müzakirə edir. 

Qeyd edək ki, Disney-in rəhbərlərindən biri olduğu halda, dörd ay əvvəl TikTok-un  başına keçən Mayerin  ABŞ rəhbərliyi ilə olan böhranın həllində aktiv rolu olub.

Tramp hədələdi, TikTok-un direktoru istefa verdi

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ