7NEWS.az xəbər verir ki, son aylarda iki ayrı sui-qəsd cəhdindən sağ çıxan ABŞ-ın keçmiş prezidenti Donald Trampın psixi sağlamlığı ilə bağlı yeni iddialar ortaya çıxıb. Trampı uzun müddətdir izləyən "New York Times”ın müxbiri Meqqi Haberman keçmiş prezidentin travma sonrası stress pozğunluğu ilə mübarizə apardığını iddia edib. Habermanın sözlərinə görə, Tramp və komandası sanki davamlı hücuma məruz qalırlar. Fiziki və onlayn təhdidlər Trampın kampaniyasını çətin vəziyyətə salır.








