RU
Tramp İlk səfərini Rusiyaya edəcək? - Kremldən açıqlama
18:20
396

Tramp İlk səfərini Rusiyaya edəcək? - Kremldən açıqlama

ABŞ-ın yeni prezidenti Donald Trampın inaqurasiya mərasimindən sonra Rusiyaya səfər edəcəyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib. O bildirib ki, bununla bağlı tərəflər arasında müzakirə aparılmayıb:

"Bu, təsdiqini tapmayan yalan xəbərə bənzəyir. Trampla hakimiyyətə gəldikdən sonra atılacaq addımlarla bağlı fikir mübadiləsi aparılmayıb. Ona görə də, səfər barədə danışmaq hələ tezdir".

Qeyd edək ki, həm Rusiya, həm də ABŞ mətbuatında Trampın prezident kimi ilk xarici səfərini Rusiyaya gerçəkləşdirəcəyi ilə bağlı xəbərlər yayılıb.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ