Donald Tramp "SpaceX” şirkətinin təsisçisi İlon Maskın iqtisadiyyat üzrə müşavirlərin sırasına daxil olacağını bəyan edib.
7News.Az xəbər verir ki, bu barədə yeni seçilmiş prezidentin qərargahından bildiriblər.
Mask ABŞ-da nüfuzlu 16 sahibkarın daxil olduğu və Trampa iqtisadi inkişaf, yeni iş yerlərinin yaradılması və əmək məhsuldarlığının artırılması ilə əlaqədar məsələlərə dair məsləhət verəcək – strategiya və siyasət üzrə Prezident forumuna qatılacaq.
Mask ilə birgə Foruma "Uber”in həmtəsisçisi Trevis Kalanik və "PepsiCo” idarə heyətinin sədri İndra Nuyi də daxil olacaq. Daha öncə foruma "Blackstone Group” şirkətinin başçısı Stiven Şvartsmanın rəhbərlik edəcəyi barədə məlumat yayılmışdı.
Forum bürokratiyaya son qoymaq üçün yaradılır, belə ki, forumun üzvləri birbaşa Trampla əlaqə yarada bilərlər.
Trampın seçki kampaniyası zamanı İlon Mask respublikaçıların namizədini kəskin tənqid edirdi. Seçkilərə dörd gün qalmış o, "Tramp düzgün oğlan deyil. O, Ştatlara lazım olan keyfiyyətlərə malik deyil”.








