RU
Tramp Çindən gələn məhsulların gömrük vergisini artırdı
12:50
252

Tramp Çindən gələn məhsulların gömrük vergisini artırdı

Amerika hökuməti təxminən 200 milyard dollar dəyəri olan Çin mənşəli məhsulların gömrük vergisini artırıb.

7news.Az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın ticarət təmsilçisi Robert Laythayzer açıqlamasında prezident Donad Trampın vergiləri 10%-dən 25%-dək artırdığını bildirib. Yeni gömrük vergisi qərarın müzakirəyə qoyulduğu 10 iyul tarixindən etibarən idxal edilən məhsullara tətbiq olunacaq.

 

Bu isə təxminən 5 min məhsula aiddir. Onların arasında dəniz məhsullarından tutmuş, meyvə-tərəvəzə, kimyəvi maddələrə, tütün məhsullarına, avtomobil təkəri və idman əlcəklərinədək məhsullar var.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ