RU
Tramp İrana hərbi müdaxilə haqda danışdı
09:40
367

Tramp İrana hərbi müdaxilə haqda danışdı

"İran nüvə silahının hazırlanmasına yaxın belə durmamalıdır.”

7news.Az TASS-a istinadən xəbər verir ki, bu bəyanatı ABŞ prezidenti Donald Tramp Ağ Evdə Almaniya kansleri Angela Merkellə birgə verdiyi mətbuat konfransında səsləndirib.

Tramp İranın nüvə proqramını Merkellə müzakirə etdiyini diqqətə çatdırıb.

"Bu qana susamış rejimin nüvə silahına yaxın belə durmaması üçün, həmçinin təhlükəli raketləri yaymasına əngəl olmaq  və terrora göstərdiyi dəstəyə son qoymaq üçün əlimizdən gələni etməliyik”, - deyə Tramp bildirib.   

Jurnalistlərdən biri onun İrana hərbi müdaxilə etməyə hazır olub-olmadığını soruşub.

"Hərbi güc tətbiq edəcəyik, ya yox, bunu müzakirə etmək niyyətində deyiləm, bu məsələni burada müzakirə etmək yersizdir. Ancaq sizə bir şeyi dəqiq deyə bilərəm, onlar heç bir halda nüvə silahı hazırlamayacaqlar. Buna əmin olun”, - deyə Tramp cavablandırıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ