Bunu Musavat.com-a Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin üzvü Elşən Musayev İranın Naxçıvana PUA hücumu ilə bağlı deyib.
Deputat bildirib ki, İranın etdiyi namərdlikdir və molla rejiminin əsl simasını göstərir:
"Tramp sizə neyləyirsə düz edir, əcəb edir, hətta az edir. Çünki qonşuluq siyasəti qanmayan, beynəlxalq hüququ heçə sayan, yaxşılıqla pisliyi bir-birindən ayıra bilməyən bir rejim məğlubiyyəti də, çöküşü də, tarixin arxivinə gömülməyi də haqq edir”,- deyə E.Musayev qeyd edib.
Onun fikrincə, cənubi azərbaycanlılar ayağa qalxmalı və fars-molla rejiminin sonunun gəlməsi üçün bütün səyləri göstərməlidi: "İnsan qanına susayan, terrorun beşiklərindən olan molla rejiminə sonsuz lənət və ar olsun. Tanrı Azərbaycanımızı və müdrik liderimizi qorusun!”








