RU
Tramp İranla nüvə müqaviləsini ləğv edəcək — YENİ İDDİA
15:50
635

Tramp İranla nüvə müqaviləsini ləğv edəcək — YENİ İDDİA

ABŞ prezidenti Donald Tramp İranla imzalanan nüvə müqaviləsini 12 oktyabr tarixində ləğv etməyə hazırlaşır.

Bu barədə nüfuzlu "Washington Post" qəzeti məqalə dərc edib.

Vəzifəyə başladığı gündən İranla imzalanan nüvə müqaviləsini tənqid edən Tramp yeni həmləyə hazırlaşır. Donald Tramp Barak Obama tərəfindən imzalanan nüvə müqaviləsini ləğv etməyə hazırlaşır. Xəbərə əsasən, Tramp 12 oktyabr tarixində Orta Şərq haqqında çıxış edəcək və İrana aid planını elan edəcək.
Ağ Evin mətbuat katibi Sara Sanders isə qəzetin xəbərinə aid dəqiq ifadələrlə açıqlama verməyib: "Prezident bu məsələ ilə bağlı qərarını verib və vaxtı çatanda açıqlayacaq. Prezidentin gündəliyində İralna bağlı geniş miqyaslı strategiya hazırlamaq var. Bu mövzuda birlikdə işlədikləri yaxşı bir komanda var"./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ