ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inın ona göndərdiyi məktubu yayımlayıb.
7news.Az xəbər verir ki, prezident məktubu tvitterdə paylaşıb və üzərinə "Şimali Koreya prezidentindən çox yaxşı bir not. Möhtəşəm irəliləyişlər qeydə alındı” sözlərini yazıb.
Kim Çen Inın Trampa yolladığı məktubda bu ifadələr yer alıb: "Hörmətli zati-aliləri prezidentimiz, sizinlə 24 gün öncə Sinqapurda gerçəkləşdirdiyimiz toplantı və ortaq imzaladığımız bildiriş, həqiqətən də, əhəmiyyətli bir başlanğıcdır.
Sizin iki ölkə arasındakı münasibətlərin daha yaxşı bir nöqtəyə gəlməsi üçün xərclədiyiniz enerji, fövqəladə cəhdlərə qarşı məmnuniyyətimi bildirmək istəyirəm. Hörmətli prezident, sizin və mənim göstərdiyimiz səmimi səylər və bənzərsiz yanaşmanın yaxın zamanda Şimali Koreya və ABŞ arasındakı münasibətlərdə meyvəsini verəcəyinə güclü şəkildə inanıram”.
Qeyd edək ki, Donald Tramp Kim Çen Inla ilk dəfə 12 iyun tarixində Sinqapurda bir araya gəlmişdi.

7news.Az








