ABŞ prezidentliyinə namizəd Donald Tramp Pensilvaniya ştatının Manheym şəhərində tərəfdarları ilə göüşü zamanı əsas rəqibi Hillari Klintonun xəstəliyini məsxərəyə qoyub.
7news.Az Virtualaz.org-a istinadən xəbər verir ki, respublikaçı namizəd çıxışında Hillari Klintonun sentyabrın 11-də Nyu-Yorkda keçirilən tədbirdə özünü pis hiss etməsini xatırladıb və demokrat qadının hərəkətlərini təkrarlayıb.
"Müxtəlif şeylərə qarşı mübarizə aparmağa iddialı olan bu qadın öz maşınına tərəf 15 fut yeriyə bilmir”, - Tramp bildirib.
7news.Az








