RU
Tramp köməkçisini BUNA GÖRƏ Türkiyəyə göndərib: Boltonun səfərinin PƏRDƏARXASI
12:40
380

Tramp köməkçisini BUNA GÖRƏ Türkiyəyə göndərib: Boltonun səfərinin PƏRDƏARXASI

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə məsləhətçisi Con Boltonun Türkiyəyə səfəri Vladimir Putin-Rəcəb Tayyib Ərdoğan arasında gerçəkləşdirilməsi planlaşdırılan görüşün detallarını öyrənmək məqsədilə planlanıb.

 Bu barədə Türkiyənin "Xəbərtürk” qəzeti informasiya yayıb.

Xəbərə görə, amerikalı heyət Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalının rəhbərlik etdiyi heyətlə görüşündə Putin-Ərdoğan arasında baş tutacaq görüş haqqında bir neçə dəfə sual veriblər.

Həmçinin bildirilib ki, ABŞ qüvvələrinin Suriyadan geri çəkilməsi məsələsi ilə bağlı qətiyyətli fikrə malik deyillər. Çəkiləcəkləri anda Türkiyənin Suriyaya daxil olaraq oradakı terrorçulara qarşı hərbi əməliyyat təşkil etməsi, bölgədə mövqelərini möhkəmləndirməsi ABŞ-ı tərəddüd içində qoyub.

ABŞ Vaşinqton-Moskva xəttində Suriya mövzusunda əldə edilən razılaşmanı qorumaq istəyir, lakin Türkiyənin yeni mövqe əldə etməsilə bu razılaşmanın pozulacağından qorxur. Beləliklə, "Suriya şahmatı” daha strateji gedişlərin ediləcəyi oyuna çevrilir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ