7NEWS.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra federal ölüm hökmünü qətiyyətlə tətbiq etməyə davam edəcəyini bəyan edib. Tramp, "Co Bayden ölkəmizin 37 ən pis qatilinin edam cəzasını yüngülləşdirdi. Onların hər birinin törətdiyi cinayətləri eşidəndə onun bu qərarı necə verdiyinə inanmayacaqsınız. Bu, mənasız bir qərardır. Qurbanların yaxınları və dostlar bunun baş verdiyinə inana bilmirlər" deyə bildirib.








