RU
Tramp Makrona Avropa Birliyindən çıxmağı təklif edib?
14:10
353

Tramp Makrona Avropa Birliyindən çıxmağı təklif edib?

ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makrona Avropa Birliyindən çıxmağı təklif edib.

7news.Az xəbər verir ki, bununla bağlı "Washington Post” nəşri Avropa hökumətindəki mənbəyə istinadla məlumat verib. 

Bildirilib ki, Tramp və Makron aprelin sonunda Ağ evdə baş tutan görüşdə ticarət məsələlərini müzakirə edib. 

Mənbənin sözlərinə görə, Tramp Makrondan soruşub: "Avropa Birliyindən niyə çıxmırsız?”

Bundan sonra ABŞ prezidenti vəd edib ki, Avropa Birliyindən çıxsa, Fransaya ən yaxşı şərtlərlə ikitərəfli ticarət sazişi təklif edəcək. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ