


Melania, köhnə Yuqoslaviya, yeni Sloveniyanın Sevnica şəhərində dünyaya gəlib. Atası avtomobil satmaqla, anası isə dərziliklə məşğul idi.

Memarlıq təhsili alaraq, 4 dil öyrəndi.

1996-cı ildə "Burda çörək yox, yaxşısı New Yorkda modelliyi yoxlayım" deyərək Amerika xəyalının arxası ilə getdi.

Modellikdə müvəffəqiyyətləri oldu. Amma əsl şans iki il sonra üzünə güldü.

Gecə həyatını sevməyən Melanianın yolu dostunun məcburiyyəti ilə getdiyi dövrün məşhur məkanı Kit Kat Cluba düşdü.

Artıq ikinci həyat yoldaşı Marla Maplesdən yeni ayrılan, dövrün ən zəngin, ən güclü və ən qabaqda olan adı 52 yaşlı Trumpla tanış oldu.

Trilyoner iş adamı, 28 yaşlı modelə ilk baxışdan aşiq oldu, ancaq rədd edildi. Belə izah edir Trump :

"Onu gördüm, vuruldum. Telefonunu istədim. Yanımda başqa bir qadın olduğu üçün vermədi. Onu tualetə qədər təqib etdim, içəri bir rəfiqəmi göndərib yenidən istətdim. 'O versin' dedi. Ev, iş, nə qədər nömrəm varsa verdim. "

Melania, üç ayda Trumpın Manhattandakı göydələnində 100 milyon dollar dəyərində, qızıl vərəqlərlə bəzəkli villasına köçdü.

Cütlük, eşqlərinin ilk dövrünü bir xeyli göz qarşısında yaşadı.

Melania, hazırda məşhur model idi. Amma 'Trumpın eşqi' , onu fərqli bir yerə daşıdı.

Misal üçün: "2000-ci ildə "GQ" jurnalının üz qabığı onlar oldu. Melania, Trumpa aid səhifənin içində belə yazılmış: "30 min feet' e sevişmək mükəmməl hissdir." Həmin ilin yaz aylarında "Howard Sterne" verdiyi bir açıqlamada qeyd etmişdir ki, Trumpla hər gün sekslə məşqul olub.

Beş illik söz-söhbətli eşqbazlıq müddətindən sonra, cütlük Trumpa aid olan "Palm Beach"dəki 58 otaq və 33 duşu olan "Mar-O-Lago" malikanəsində evləniblər. Melanianın geyindiyi 600 min TL dəyərində Christian Dior dizaynı, bütün zamanların ən iconic gəlin paltarılarından biri sayılırdı. Model, eyni gelinliklə "Vogue" jurnalının də üz qabığını bəzəyib.

Taleyin acı oyununa baxın ki, Trumpın rəqibi Hillari Klinton da həmin toyda iştirak edib.

Altı il sonra cütlüyün uşaqları Barronsa adlı oğlu dünyaya gəlir. Elə həmin ildə Melania Amerika vətəndaşlığına keçir.

Uşağını 'təvazökar' yetişdirməyə çalışsa da, hər gecə oğluna qutusu 500 lirəlik "havyarlı krem" lə masaj etdirdiyini də qürurla izah edir.

İnsanın 100 milyon dollarlıq bir reaktivi, illik 60 milyon dollar gəliri varsa, 500 lirəlik krem 'təvazökar' gəlir hərhalda!


Bir 'mən bilmərəm, yoldaşım bilər " sözü var. Üstəlik Melania buna illər əvvəl qərar vermişdi. 1999-cu ildə, Trump'la bir ildir birlikdəykən New York Timesə verdiyi müsahibəyə baxaq: "First Lady olsam, ənənəvi bir imic seçərəm. Jackie Kennedy və Betty Ford tərzi dəstəkləyən bir həyat yoldaşı olaram.

Görünən o ki, Donald Trump da Melania'nın ön planda olması üçün çalışmırdı. Melania, bu zamana qədər olan kampaniyalar zamanı yalnız iki dəfə həyat yoldaşının yanın olmuşdu. Donaldın qızı Ivanka isə bütün fəaliyyətlərdə atasının yanında olub.

O, top model, yaxşı həyat yoldaşı və ana, kosmetik və saat markası da quran bir iş qadını idi. Barmağında 13 karatlıq tək daş, hətta 'tək Kaya' yla moda həftələrində boy göstərən bir stilni xanım idi.

Melania Trump "partiya qur, səs verək" dedirdəcək qədər ehtişamlı idi. Həyat yoldaşı Donald seçimi qazandı. Melania Amerikanın yeni birinci xanımı oldu.
7News.az








