RU
Tramp: Münasibətlər “soyuq müharibə” dönəmindən daha pisdir
17:17
431

Tramp: Münasibətlər “soyuq müharibə” dönəmindən daha pisdir

Suriyadakı kimyəvi qazla hücum faktından sonra "böyük” bir qərar verəcəyini” açıqlayan ABŞ prezidenti Donald Trampın bugünkü "Hazır ol, Rusiya, raketlərimiz gəlir” bəyanatı siyasi arenada geniş rezonans doğurub.

7news.Az xəbər verir ki, prezident Rusiyanın cavab açıqlamasından sonra yenidən "tweet” yazıb.

"Rusiya ilə əlaqələrimiz "soyuq müharibə” dönəmi də daxil olmaqla, tarixinin ən pis səviyyəsindədir. Bunun üçün səbəb yoxdur. Rusiyanın iqtisadiyyatı üçün bizim köməyimizə ehtiyacı var. Bu, çox asandır. Bütün millətlər birlikdə çalışmalıdır. Silahlanma yarışını dayandırın”, - Tramp vurğulayıb.

 

 

7news.Az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ