7News.az xəbər verir ki, Hörmüz boğazı ilə bağlı müttəfiqlərindən kömək istəyən ABŞ prezidenti Donald Tramp indi də NATO müttəfiqlərini hədələyib. Tramp bildirib ki, əgər tələb olunan yardım çatmasa, "NATO-nu çox pis gələcək gözləyir”. Almaniya Hörmüz boğazındakı gərginlik və İrana qarşı hücumlar fonunda beynəlxalq hərbi əməliyyatda iştirak etməyəcəyini bir daha bəyan edib.








