RU
Tramp ordunu Suriyadan çıxarır
15:56
513

Tramp ordunu Suriyadan çıxarır

ABŞ ordusu noyabr ayına qədər Suriyadan çıxarılacaq.
7news.Az xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib. Məlumata əsasən, noyabr ayında ABŞ-da qubernator və konqresmenlərin seçkisi keçiriləcək.

Hələ ki, Tramp qoşunları Suriyadan çıxarmaq barədə milli təhlükəsizlik şurasında qərarını elan etməyib. Amma ehtimal edilir ki, bu, yaxın 6 ay ərzində baş verəcək.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Silahlı Qüvvələri mərkəzi komandanlığının rəhbəri general Cozef Votel bəyan etmişdi ki, Suriyadan ordunu çıxarmağın hələ vaxtı deyil.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ