RU
Tramp prezidentlik maaşından imtina etdi
12:59
464

Tramp prezidentlik maaşından imtina etdi

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp prezident maaşından imtina edib.

Bunu Tramp CBS telekanalına müsahibəsində deyib.

"Mən maaş almaq fikrində deyiləm. Qanuna uyğun olaraq məvacib almaq mütləqdirsə, ayda 1 dollar ala bilərəm ", - deyə Tramp vurğulayıb. 

Qeyd edək ki, ABŞ prezidentinin illik maaşı 400 min dollardır. 

"Forbes” jurnalının qiymətləndirməsinə əsasən Donald Trampın sərvəti 3,7 milyard dollar təşkil edir.
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ