RU
Tramp-Putin görüşünə xərclənən məbləğ açıqlandı
10:10
418

Tramp-Putin görüşünə xərclənən məbləğ açıqlandı

Finlandiya hökuməti Rusiya və ABŞ prezidentlərinin Helsinkidə keçirilən görüşünə təxminən 10 milyon avro xərc çəkib.

7news.Az TASS-a istinadən xəbər verir ki, bunu Finlandiyanın Baş naziri Yuxa Sipilya "Karjalainen” qəzetinə müsahibəsində deyib.

Onun fikrincə, bu cür görüşə investisiya qoymağına dəyər: "Bu pullar ölkənin imicinə qoyulan əmanətdir. Xərclər barədə daha dəqiq məlumat bir qədər sonra veriləcək".

Xatırladaq ki, iyulun 16-da Helsinki Prezident Sarayında Vladimir Putin və Donald Tramp arasında ilk tamformatlı görüş keçirilib. Bundan əvvəl liderlər iki dəfə - ötən ilin iyul və noyabr aylarında böyük beynəlxalq tədbirlər çərçivəsində görüşüblər.

 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ