RU
Tramp qalib gəldi, jurnalist qəzet yedi
20:54
1314

Tramp qalib gəldi, jurnalist qəzet yedi

“The Washington Post” qəzetinin siyasi icmalşısı Dana Milbenk, Trampın Respublikaçı rəqibi üzərində qələbə qazanması halında, qəzeti yeməyə söz verib və öz sözünün üstündə durub.

 

Jurnalistin söz verdiyini qəzetin oxucuları ona xatırladıb və bu barədə redaksiyaya çoxlu məktub gəlib. D.Milbenk verdiyi sözün üstündə durub, amma hiylə işlədib. O, Vaşinqton restoranlarının birinin baş aşpazının köməyindən istifadə edib. Aşbaz jurnalits üçün doqquz adda yemək hazırlayıb və hər yeməyin arasına qəzetdən kiçik bir hissə qoyub. 

Milbenk verdiyi sözü tutduğunu sübut etmək üçün, yeməyini öz Facebook səhifəsində canlı yayımlayıb./musavat.com

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ