7NEWS.az xəbər verir ki, ABŞ prezidenti Tramp havadakı güllələri belə vura bilən Qızıl Qübbə adlı strateji hava hücumundan müdafiə sistemi quracaqlarını açıqlayıb. Layihə çərçivəsində ABŞ ərazisinə qarşı hər cür raket təhdidinə qarşı çox qatlı, inteqrasiya olunmuş və kosmosdan dəstəklənən müdafiə arxitekturası qurulacaq. Tramp bəyan edib ki, bu sistem ABŞ üçün təkcə müdafiə deyil, həm də texnologiya, sənaye, iqtisadiyyat və xarici siyasət baxımından tarixi addımdır.








