ABŞ prezidenti Donald Tramp Minnesot ştatının Dulut şəhərində tərəfdarları ilə görüşü zamanı bəyan edib ki, Rusiya ilə əlaqələri yaxşılaşdırmaq istəyir.
7news.Az xəbər verir ki, bununla bağlı ABŞ mətbuatı məlumat yayıb.
"Biz Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istərdik”, - Tramp bildirib.
Tramp çıxışında qeyd edib ki, Rusiya seçkilərdə Hillari Klintonun qələbə qazanmasını istəyirdi.
Bundan əvvəl, ABŞ prezidenti Rusiyanın G7 sammitinə qatılmasının vacibliyini qeyd etmişdi.
7news.Az








