ABŞ prezidenti Donald Tramp Rusiyadakı dünya çempionatı haqqında danışıb.
7news.Az xəbər verir ki, o, Rusiyanın möhtəşəm bir turnir təşkil etdiyini deyib:
"Hesab edirəm ki, Rusiya fantastik iş görür. Oğlum futbolu sevir və izləyir. Futbol pərəstikşkarsınızsa bu çox maraqlıdır. Oğlum Rusiyadakı turniri çox bəyənir”.
Tramp 2026-cı ildə mundialın ABŞ, Meksika və Kanada da keçirilməsinə də toxunub: "ABŞ, Meksika və Kanadada keçiriləcək turnir üçün işlər görəcəyik. Biz seçilmişik və bu şərəfdir”.
7news.Az








